"iOS"da Apple Pay-in əvəzedicisi TAPILDI

 22:06 26.01.2024     409

İndi iPhone əməliyyat sisteminə üçüncü tərəf ödəniş sistemləri üçün proqram təminatı daxildir. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Appleinsider məlumat yayıb.

“Apple” iPhone və digər qadcetlərdə “Apple Pay”ı əvəz edəcək xidmətləri buraxmağa hazırlaşır. Müvafiq alətlər iOS-un beta versiyasında Apple-ın Avropa Birliyində platformada üçüncü tərəf proqram mağazalarının görünməsini elan etdikdən dərhal sonra tapılıb.

Üçüncü tərəf tərtibatçıları NFC ilə işləmək üçün API-yə çıxış əldə edəcəklər. Onlar həmçinin təmassız ödəniş alətləri ilə virtual pul kisələri və hesablar qura biləcəklər. Apple-ın ödənişlər üçün komissiya götürüb-götürməyəcəyi barədə məlumat verilmir.

Yusif EYVAZLI