Bu smartfonlar Rusiyada fəaliyyətini dayandırdı
OnePlus smartfonlarının istifadəçiləri cihazlarının işində yaranan problemdən danışıblar.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Çində satın alınan OnePlus smartfonları Rusiyada fəaliyyətini dayandırıb. Xüsusən də telefonlardakı sim kart bloklanıb ki, bu da cihazlarda səsli zənglər etmək və mobil internetdən istifadə etmək mümkün olmayıb.
OnePlus "BBK Electronics Corporation"a məxsus olan Çin Oppo şirkətinin ayrıca bölməsi olan smartfon markasıdır.
Yusif EYVAZLI