Apple yeni əməliyyat sistemi hazırlayır

 13:02 31.01.2024     521

Apple yeni əməliyyat sistemini təqdim etmək üzrədir.

Redaktor.az bu barədə MacRumors-a istinadən xəbər verir.

Yeni OS haqqında qeyd Apple TV pristavkaları üçün əməliyyat sistemi olan tvOS 17.4 kodunda tapılıb. Burada homeOS adı altında qeyd olunub. Media jurnalistləri bildirir ki, 2021-ci ildə bu ad “Apple” şirkətinin iş elanlarında yer alıb, lakin bu barədə mediada yazıldıqdan sonra silinib.

Bloomberg-in köşə yazarı Mark Qurmanın sözlərinə görə, Tim Kukun şirkəti Echo Show, Google Nest Hub və digər cihazlarla rəqabət aparacaq ağıllı displey üzərində işləyir. HomeOS tərəfindən idarə olunacaq qadcet HomePod və iPad-in əsas funksiyalarını - quraşdırılmış audiosistem və böyük displey alacaq.

Qurman həmçinin qeyd edib ki, 2018-ci ildə Apple ağıllı ev cihazları üçün ayrıca sistem üzərində işləyirdi. Bununla belə, buraxılmış HomePod smart dinamiki tvOS əməliyyat sistemini alıb. Mütəxəssis vurğulayıb ki, smart displey - ekranlı HomePod smart dinamiki 2024-cü ildə buraxıla bilər.

NƏRGİZ