Azərbaycanda aşkarlanan saxta domenlərin sayı bilindi

 13:00 02.02.2024     528

2023-cü ildə Azərbaycanda 186 saxta domen aşkarlanıb və fəaliyyəti dayandırılıb.

Redaktor.az-ın məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, ötən il "gov.az" zonasından 134 saxta domen yayılıb və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən neytrallaşdırılıb.