Zukerberqin şirkəti ilk dəfə dividend ödəyəcək

 13:07 02.02.2024     556

Amerikanın "Meta Platforms" texnologiya şirkəti ilk dəfə olaraq rüblük dividendlər ödəyəcəyini açıqlayıb. Ödəniş hər bir səhm üçün 50 sent olacaq. Nəticədə Mark Zukerberq ildə təxminən 700 milyon dollar dividend alacaq.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin 2023-cü ilin dördüncü rübü və bütün ötən il üzrə hesabatında deyilir.

Səhmdarlar dividendləri martın 26-da alacaqlar. Direktorlar şurası bazar şəraitindən asılı olaraq rüblük dividendlər ödəmək niyyətindədir. İndi Meta rəqibləri - Apple, Microsoft - müntəzəm olaraq dividendlər ödəyir: "Dividendin tətbiqi sadəcə olaraq bizə kapitalın daha balanslaşdırılmış qaytarılması proqramı və gələcəkdə kapitalı necə qaytaracağımıza dair bəzi əlavə çeviklik verir", - Meta-nın maliyə direktoru Susan Lee deyib.

Bunun fonunda texnologiya nəhənginin səhmləri NASDAQ birjalarında 15,22% artaraq hər səhm üçün 454,85 ​​dollara çatıb.

Bundan əlavə, Meta 50 milyard dollar dəyərində genişləndirilmiş səhmlərin geri alınması proqramını elan edib.

Şirkətin hesabatında bildirilir ki, 2023-cü ilin sonunda Facebook sosial şəbəkəsinin gündəlik aktiv istifadəçilərinin (DAU) sayı illik müqayisədə 6% artaraq 2,11 milyard nəfər təşkil edib. Aylıq aktiv istifadəçilərin sayı 3% artaraq 3,07 milyarda çatıb.

NƏRGİZ