"Apple" dünyanın ən bahalı brendi seçildi
"Apple" brendi il ərzində dəyəri 74% artaraq 516,6 milyard dollara çatdıqdan sonra dünyanın ən bahalı brendi olub.
Redaktor.az bu barədə "Brand Finance Global 500" analitiklərinin araşdırmasına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, "Apple", "iPhone" satışlarında payı sabitləşsə belə, brend dəyərində əhəmiyyətli artımlar əldə edib və 71% payla premium smartfon bazarında dominant oyunçu kimi mövqeyini qoruyub.
İkinci yerdə keçən il təxminən 78% (340,4 milyard dollara qədər) artım nümayiş etdirərək dördüncü yerdə olan "Microsoft" brendi qərarlaşıb. "Google" reytinqdə üçüncü yeri qoruyub (+18,5%, 333,4 milyard dollara qədər).
Siyahıda çox geridə qalanlar "Samsung" və "Walmart" - birinci brendin dəyəri 0,3% azalaraq 99,4 milyard dollara, ikincisi 15% azalaraq 96,8 milyard dollara düşüb.
İlk 500-ə 201 Amerika brendi daxildir. ABŞ və Çin brendləri ilə yanaşı, ilk 30-luğa digər ölkələrdən yalnız altı şirkət daxildir: "Samsung" (Cənubi Koreya), "Deutsche Telekom", "Mercedes-Benz" və "Allianz" (Almaniya), "Toyota" (Yaponiya) və "Shell" (Böyük Britaniya).
NƏRGİZ