"Apple"ın ilk qatlana bilən planşetinin buraxılış tarixləri AÇIQLANDI

 21:30 02.02.2024     576

Apple qatlanan ekran qadcetləri bazarına 2026-cı ildən tez çıxacaq.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Şirkət ilk qatlanan qurğunu buraxmaq imkanını nəzərdən keçirir. Bu, iPad mini-ni əvəz edəcək planşet olmalıdır. Cihaz 7-8 düymlük ekrana sahib olacaq. İndiki iPad mini 8,3 düymlük ekrana malikdir. İnsayderlər cihazın buraxılış tarixini də açıqlayıblar. O, 2026 və ya 2027-ci ildə bazara çıxacaq.

Gələcək cihaz OLED əsasında çevik ön panelə sahib olacaq.

Hal-hazırda, Apple və Samsung qatlana bilən displeyin necə dizayn ediləcəyi ilə bağlı fikir ayrılıqları yaşayır. Şirkətlərin nümayəndələri uzun illər öz gücünü və digər keyfiyyətlərini saxlayacaq ekranın necə əldə olunacağını müzakirə edirlər.

Yusif EYVAZLI