"Windows 11"in 24H2 versiyası "Windows 12"nin əvəzinə buraxılır

Microsoft "Windows 11"in böyük yeniləməsinin vaxtını açıqlayıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "Windows Latest" məlumat yayıb.
Yeniləmə ilin üçüncü və ya dördüncü rübündə - yəqin ki, sentyabr-oktyabr aylarında olacaq. Microsoft-un "Windows 12"nin buraxılışını təxirə salmaq qərarına gəlməsinin səbəbləri açıqlanmır. "Windows 11"in 24H2 versiyası "Windows 12"nin əvəzinə buraxılacaq.
Humay İSGƏNDƏRLİ