"iOS 17"nin istifadəçisi azalıb - STATİSTİKA

Apple şirkəti ilk dəfə olaraq iOS 17-nin smartfon istifadəçiləri arasında yayılması ilə bağlı statistikanı açıqlayıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
2024-cü ilin əvvəlində ən son iOS aktiv iPhone-ların 76 faizində quraşdırılıb. Smartfonların 20 faizi iOS 16, qalan 4 faizi isə əməliyyat sisteminin (ƏS) əvvəlki versiyaları ilə işləyir.
Yeni iOS-un yayılması səngiyib. 2023-cü ilin əvvəlində iOS 16 smartfonların 81 faizində quraşdırılıb.
Yusif EYVAZLI