"WhatsApp"da yeni funksiya yaradılır

 19:11 12.02.2024     633

“WhatsApp” komandası istifadəçilərə “Sevimlilərə” kontaktlar əlavə etməyə imkan verəcək yeni funksiyanın tətbiqi üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yeni həll istifadəçilərə "söhbətləri prioritetləşdirməyə" imkan verəcək və onlara daha çox nəzarət və səmərəlilik verəcək. Bu funksiyanın çoxlu sayda mesaj yazan və çoxlu zəng edənlər üçün faydalı olacağı gözlənilir.

Hələlik bu funksiya, portalın qeyd etdiyi kimi, inkişaf mərhələsindədir. "WABetaInfo" bildirir ki, o, proqramın veb versiyasının növbəti yeniləməsində əlçatan olacaq.

Turan İSMAYIL