"PlayStation" konsollarının satışları azalacaq
Yaponiyanın Sony korporasiyası oyun konsollarının satışı ilə bağlı proqnozunu aşağı salıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Son maliyyə hesabatında şirkət 2023-cü maliyyə ilində PlayStation 5 konsollarının satış proqnozunu 21 milyon ədədə endirib. Bundan əvvəl korporasiya hesabat dövründə ən azı 25 milyon cihaz satacağını gözləyirdi.
Şirkətin gəliri keçən ilin eyni rübü ilə müqayisədə 16 faiz artıb və bunun bir hissəsi üçüncü tərəf oyunlarının satışından qaynaqlanıb. Bununla belə, PS eksklüzivləri və promosyonlarının satışının azalması səbəbindən əməliyyat mənfəəti 26 faiz azalıb. PS5 satışları endirimlərə baxmayaraq, şirkətin gözləntilərini doğrultmur.
Yusif EYVAZLI