Nyu-York rəhbərliyi "TikTok" və digərlərini məhkəməyə verir

 22:35 15.02.2024     2871

Nyu-York şəhər meriyası "Meta", "Google", "Snap" və "TikTok"u məhkəməyə verib.

Redaktor.az bu barədə meriyanın saytına istinadən bildirir.

Qeyd olunub ki, meriya gənclərin psixi sağlamlıq proqramları və xidmətlərinə hər il 100 milyon dollardan çox xərcləyir.

Bu böhranı və bu platformaların vurduğu zərəri həll etmək üçün Nyu-York meri Erik Adams bu gün sosial media fəaliyyət planını yayımlayıb.

Bu bəyanat valideynlərə və qəyyumlara, səhiyyə mütəxəssislərinə, pedaqoqlara və siyasətçilərə uşaqları qorumaq üçün görülə biləcək tədbirlər, o cümlədən sosial mediadan istifadəni 14 yaşa qədər təxirə salmaq üçün tövsiyələr verir.

İddia Senatda şirkət rəhbərlərinin iştirak etdiyi uşaq təhlükəsizliyi ilə bağlı dinləmələrdən sonra qaldırılıb. İddia ərizəsində Nyu-York rəhbərliyi şirkətlərdən gənclərin psixi sağlamlıq xidmətləri üçün ödəniş etmələrini və siyasətçiləri sosial platformalarda gənclərin psixi sağlamlığını qoruyan qanunlar qəbul etməyə məcbur etməsini istəyir.

Turan İSMAYIL