İlon Mask Tviteri nə üçün aldığını AÇIQLADI
Amerikalı sahibkar İlon Mask sivilizasiyanın ömrünü uzatmaq üçün "Twitter" sosial şəbəkəsini (hazırda X) aldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, o bu barədə X-də yazıb.
"Mən Tviteri sivilizasiyanın mümkün ömrünü artırmaq üçün aldım" deyən Mask bir istifadəçinin postuna cavab olaraq yazıb ki, uzunmüddətli perspektivdə sosial şəbəkə almaq bir sahibkarın həyatında ən vacib hərəkət ola bilər.
Qeyd edək ki, 27 oktyabr 2022-ci ildə Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə imzalayıb.
Turan İSMAYIL