“Apple” qatlanan “iPhone”un istehsalını dayandırdı
"Apple" şirkəti ilk qatlana bilən "iPhone"un hazırlanmasını və istehsalını dayandırıb.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, korporasiya çevik displeyli smartfonun yaradılması üzərində işi müvəqqəti dayandırıb. İT nəhənginin mühəndisləri uzun müddət cihazın konseptual nümunələrini diqqətlə sınaqdan keçiriblər.
Yoxlama zamanı məlum olub ki, prototiplərin heç biri “Apple”in keyfiyyət standartlarına cavab vermir. Xüsusilə, "Samsung"un ən son qatlana bilən panelləri bir neçə günlük aktiv sınaqdan sonra qırılıb. Korporasiya daha davamlı çevik ekranın görünməsini gözləyəcəklərinə qərar verib.
Humay İSGƏNDƏRLİ