Məşhur "iPhone" mifi ifşa olundu - Bunu etmək telefonunuzu sürətləndirmir
Bir çox "Apple" cihazı istifadəçiləri işə salınmış proqramların siyahısını açmağa və onları əl ilə bağlamağa öyrəşiblər. Onlar hesab edirlər ki, bu yolla "iPhone"u sürətləndirirlər.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu üsul cihazın işinə heç bir şəkildə təsir etmir.
Texniki müstəvidə işə salınmış siyahıda göstərilən proqramlar effektiv şəkildə dondurulur və iPhone yaddaşından istifadə etmir.
Yusif EYVAZLI