"Apple" "iPhone 15"ə təkmil batareya parametrləri əlavə etdi
"Apple" "iPhone 15"ə təkmil batareya parametrləri əlavə edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
"iOS 17.4"ün beta versiyasında yeni batareya parametrləri var. Batareyanın vəziyyəti haqqında məlumatdan əlavə, istifadəçilər doldurulma dövrlərinin sayını görə bilərlər. Bu məlumat batareyanın dəyişdirilməsinin lazım olub olmadığını bilməkdə sizə kömək edəcək.
Şirkət həmçinin "iPhone" batareyalarının qalan tutumunun hesablanması sistemini dəyişdiyini bildirib. Belə ki, yeni “Apple” smartfonları 1000 şarj dövründən sonra, köhnə versiyalar isə 500 dövrədən sonra tutumun 80 faizini saxlamaq üçün nəzərdə tutulub.
Yusif EYVAZLI