"iPhone 15"də daha bir nasazlıq - İstifadəçilər şikayət edir
Bəzi "iPhone 15" istifadəçiləri "Bluetooth" problemlərindən şikayətlənirlər.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
İstifadəçilərin fikrincə, iPhone 15 Bluetooth vasitəsilə qoşulduqda digər cihazlarla əlaqəni itirir. Problemlər, digər şeylər arasında, avtomobillərə, ağıllı saatlara, qulaqlıqlara və digər avadanlıqlara qoşulduqda başlayır.
Yusif EYVAZLI