"Apple" şirkəti ağıllı eynək və kameralı qulaqlıqlar buraxacaq

 19:37 26.02.2024     711

"Apple" şirkəti "Vision Pro"nun ucuz versiyasını buraxmağı planlaşdırır.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Cihaz "AR" təsvirlərini ekranlara yayımlaya bilməyəcək, lakin zəng etmək və musiqi dinləmək üçün faydalı olacaq.

Şirkət həmçinin daxili kameraları olan qulaqlıqları buraxmağı düşünür. Ehtimal olunur ki, aşağı ayırdetmə qabiliyyətinə malik kameralara və süni intellektə (AI) dəstək olan belə qurğu istifadəçiyə gündəlik işlərində kömək edəcək.

Yusif EYVAZLI