"Tesla" yeni idman elektromobilini buraxacaq
"Tesla"nın sahibi İlon Mask "Roadster" elektrik idman avtomobilinin ikinci nəslini buraxdığını elan edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Maskın sözlərinə görə, onun korporasiyası 2025-ci ildə ikinci nəsil "Roadster"i buraxmağı hədəfləyəcək. Müəssisə tərəfindən elektromobilin istehsal müddəti və həcminə aydınlıq gətirildiyini deyən sahibkar, avtomobilin hələ də üzərində işləndiyini qeyd edib.
""Roadster"in istehsal dizaynı bu ilin sonuna qədər tamamlanacaq və təqdim olunacaq", - Mask söz verib.
Yusif EYVAZLI