Yeni "iPhone" modelinin dizaynı ortaya çıxdı

 22:07 04.03.2024     793

"iPhone SE" seriyalı smartfon daha böyük ekran alacaq.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Dördüncü nəsil "SE" 2017-ci ildən bəri "Apple" smartfonlarında mövcud olan "Face ID" biometrik sensoru üçün kəsik olan “monobrow”lu 6,1 düymlük ekrana sahib olacaq.

Cihaz həmçinin bütün "SE" seriyalı cihazlar kimi tək kamera alacaq. Yeni cihazın ölçüləri 2022-ci ildə buraxılan "iPhone 14"ün parametrləri ilə demək olar ki, eynidir. Qurğunun uzunluğu 147 millimetr, eni 71,5 millimetr və qalınlığı 7,7 millimetr olacaq.

Bundan əlavə, "iPhone SE" USB-C portu ilə gələcək.

Yusif EYVAZLI