"Apple" ilk dəfə "Safari" brauzerini silməyə icazə verəcək

 19:12 11.03.2024     829

"Apple" şirkəti Avropa İttifaqında (Aİ) qəbul edilmiş Rəqəmsal Bazarlar Aktı (DMA) ilə bağlı yeniliklərdən danışıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

Şirkətin saytında dərc olunan sənəddə qeyd olunur ki, ilin sonuna qədər "iPhone" istifadəçiləri daxili "Safari" brauzerini yığışdıra biləcəklər. Bu, ilk dəfə baş verəcək.

"Apple"ın qərarı Rəqəmsal Bazarlar Aktı (DMA) ilə bağlıdır.  Aİ ölkələrindən olan istifadəçilər daxili brauzeri silmək hüququna malik olacaqlar. 

Yusif EYVAZLI