Böyük Britaniya və ABŞ süni intellektləri birgə sınaqdan keçirəcək

 12:52 02.04.2024     815

Böyük Britaniya və ABŞ süni intellektin (AI) sınaqdan keçirilməsi və onun inkişafının yarada biləcəyi risklərin qiymətləndirilməsi sahəsində əməkdaşlıq etmək üçün dünyada ilk ikitərəfli saziş imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin müraciətində deyilir.

Vaşinqtonda Böyük Britaniyanın Rəqəmsal Naziri Mişel Donelan və ABŞ-ın ticarət naziri Gina Raimondo tərəfindən imzalanan sənəddə “iki hökumətin süni intellekt təhlükəsizliyi üzrə texniki təcrübə, məlumat və istedadı necə birləşdirəcəyi” göstərilir.

Donelan "Financial Times"a deyib: "Gələn il həqiqətən sürətli hərəkət etməli olacağıq, çünki yeni nəsil [AI] modelləri çıxır və oyunu dəyişdirə bilər". Nəşr qeyd edir ki, ikitərəfli əməkdaşlıq Britaniyanın elektron kəşfiyyat xidməti ilə ABŞ Milli Təhlükəsizlik Agentliyi arasında sövdələşmənin mahiyyəti göstərilmədən tərəfdaşlıq əsasında qurulub.

Müqavilə Böyük Britaniyanın 2023-cü ilin noyabrında açılmış Süni İntellekt Təhlükəsizliyi İnstitutuna və onun hələ işə salınmamış ABŞ ekvivalentinə “OpenAI və Google kimi şirkətlər tərəfindən yaradılmış xüsusi süni intellekt modellərini qiymətləndirməyə” imkan verəcək.

Raimondonun sözlərinə görə, "bu tərəfdaşlıq həm milli təhlükəsizlik, həm də bütövlükdə cəmiyyət üçün risklərin tam spektrində hər iki qurumun işini sürətləndirəcək".

Qeyd edək ki, 2023-cü ilin noyabrında Böyük Britaniya süni intellektdən təhlükəsiz istifadə mövzusunda ilk sammitinə ev sahibliyi etdi. 28 ölkə onun inkişafına həsr olunmuş bəyannamə ilə razılaşdı. Forum iştirakçıları özəl sektorda süni intellekt inkişafında şəffaflığın tərəfdarı olublar və süni intellekt məsələlərində bir-biri ilə əməkdaşlıq etmək, bu sahədə beynəlxalq tədqiqat layihələrini təşviq etmək öhdəliyi götürüblər.

Turan İSMAYIL