"Apple" bu "iPhone" modelini köhnəlmiş elan etdi

 22:14 02.04.2024     360

"Apple" şirkəti köhnəlmiş qurğular siyahısına "iPhone 6 Plus" smartfonunu əlavə edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, cihaz bütün dünyada köhnəlmiş elan edilib. Bu o deməkdir ki, şirkətin xidmət mərkəzləri və tərəfdaşları artıq qadcet istifadəçilərinə xidmət göstərməyəcək. Tipik olaraq, satışın dayandırılmasından yeddi ildən çox vaxt keçdikdə cihazlar köhnəlmiş sayılır.

"iPhone 6" və "6 Plus" cihazları 2014-cü ilin payızında təqdim edilib. Bununla belə, baza "iPhone 6" modeli hələ də köhnəlmiş smartfonlar siyahısında deyil, çünki satışları sonradan başa çatıb. "iPhone 6 Plus"ın çatdırılması və satışı 2016-cı ilin sentyabrında dayandırılıb.

Yusif EYVAZLI