"Apple" liderliyi əldən verdi

 10:15 08.04.2024     803

"Samsung" dünyanın aparıcı smartfon istehsalçısı statusunu bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə Koreyanın “Korea Times” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, fevral ayında "Samsung"un dünya bazarındakı payı 20 faiz təşkil edib. Beləliklə, keçmiş lider “Apple” 18 faizlik payla birinci yeri itirib. 

Mütəxəssislərin fikrincə, payız və qış aylarında brendlərin liderliyi mövsümi xarakter daşıyır. Beləliklə, "Apple" sentyabr ayında "iPhone 15" xəttinin təqdimatı sayəsində birinci yerə çıxıb."Samsung Galaxy S24" smartfonlarının buraxılmasından sonra fevral ayında lider olub.

Müəlliflər həmçinin qeyd ediblər ki, ilin ayrı-ayrı rüblərinə nəzər salanda "Samsung"un bazar liderliyini əldə etmək ehtimalı daha yüksək olub.

Bu, korporasiyanın "Apple"dan fərqli olaraq daha tez-tez fərqli smartfonlar istehsal etməsi ilə bağlıdır.

Humay İSGƏNDƏRLİ