"Microsoft" bu proqramları qadağan etdi
Şirkət "OS" interfeysini və funksiyalarını fərdiləşdirmək üçün bəzi proqramların istifadəsini qadağan edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bir çox istifadəçilər “Windows 11” interfeysindən razı deyillər və onlar üçüncü tərəf proqramlarından istifadə edərək onu dəyişirlər. Bu proqramlar adətən “Windows 10”un görünüşünü qaytarır.
Mütəxəssislər qeyd ediblər ki, “Windows 11” 24H2 yeniləməsində bir neçə belə proqram fəaliyyətini dayandırıb.
Yusif EYVAZLI