Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

 10:18 17.04.2024     649

“X” sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib.

Redaktor.az xəbər verir ki, amerikalı milyarder bu barədə öz “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkədə mövcud olan çox sayda bot problemini həll etmək olar. 

“Təəssüf ki, yeni istifadəçilər üçün ilk paylaşımı etməyə görə kiçik ödəniş botlarla mübarizə aparmaq üçün yeganə vasitədir”, - deyə Mask qeyd edib.