"Huawei" "Apple" saatının oxşarını buraxacaq

 23:51 19.04.2024     400

"Huawei", "Apple Watch" ilə demək olar ki, eyni dizayna malik olan büdcə smart saatı "Watch Fit 3" buraxmağa hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Roland Quandt X (keçmiş tviter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, dörd fərqli bədən rəngində qarşıdan gələn "Huawei" saatının şəklini paylaşıb və onu "Apple Watch" ilə müqayisə edib. Bu iki qadcet arasında ümumi xüsusiyyətlər ekranın kvadrat forması və “Huawei” saatlarında Amerika gadcetində olduğu kimi mərkəzdə deyil, yuxarı küncə daha yaxın yerləşən "Digital Crown" tipli təkərdir.

Bununla belə, dizayndan başqa, "Apple" və "Huawei" cihazlarında artıq ortaq heç nə olmayacaq, çünki Amerika aksesuarı üçüncü tərəf proqramlarını dəstəkləyən tam hüquqlu “ağıllı” saatdır. "Huawei Watch Fit", öz növbəsində, əsasən fiziki göstəriciləri və ekran vaxtını izləmək üçün istifadə olunan büdcə fitnes izləyiciləri xəttidir.

Yeni saatın nə vaxt təqdim ediləcəyi dəqiqləşdirilməyib.

T.İSMAYIL