“Tesla” insanabənzər robotların satışına başlayacaq

 14:47 25.04.2024     775

“Tesla” gələn il insanabənzər “Optimus” robotlarının satışına başlayacaq. 

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin sahibi İlon Mask məlumat verib.

“Tesla”nın insanabənzər robotu hələ də laboratoriyadadır, lakin o, gələn ilin sonunda satış üçün hazır ola bilər, -deyə Mask bildirib.

Bir neçə şirkət potensial işçi çatışmazlığını qarşılamaq, habelə logistika, anbar, pərakəndə satış və istehsal kimi sahələrdə təhlükəli və ya yorucu ola biləcək təkrar işləri yerinə yetirmək üçün insanabənzər robotlara müraciət edir. Mask investorlarla konfrans-müşavirə zamanı “Optimus” adlı “Tesla” robotunun bu ilin sonuna qədər fabrikdəki vəzifələri yerinə yetirə biləcəyini təxmin etdiyini söylədi.

İnsanabənzər robotlar artıq bir neçə ildir ki, Yaponiyanın “Honda” və “Hyundai Motor” şirkətləri üçün “Boston Dynamics” kompaniyası tərəfindən hazırlanır. Bu il “Microsoft” və “Nvidia” tərəfindən dəstəklənən “Fiqur” startapı ABŞ-dakı avtomobil istehsalçısının müəssisəsində insanabənzər robotların yerləşdirilməsi üçün alman avtomobil istehsalçısı BMW ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Milyarder Mask daha əvvəl demişdi ki, robot satışı “Tesla”nın biznesinin digər seqmentlərə, o cümlədən avtomobil istehsalına nisbətən daha böyük hissəsinə çevrilə bilər. O əlavə edib: “Məncə, “Tesla” həcm istehsalına nail olmaq üçün insanabənzər robot istehsalçıları arasında ən yaxşı mövqedədir”.

“Tesla” 2022-ci ilin sentyabrında “Bumblebee” ləqəbli “Optimus” robotunun ilk nəslini təqdim edib. Bu il şirkət robotun ikinci nəslinin firmanın müəssisəsində köynək qatlayan və qəhvə hazırlayan videolarını yayımlayıb. “Boston Dynamics” isə keçən həftə “Atlas” insanabənzər robotunun əyildiyi və uzandığı vəziyyətdən ayaq üstə və yeriməyə döndüyü görülən elektrik platformasını təqdim edib.