“Votsap” yeni funksiyanı işə salacaq

 17:03 26.04.2024     693

"Android" əməliyyat sisteminə əsaslanan cihazlar üçün məşhur "WhatsApp" messenceri video mesajlarla bağlı yeni funksiyanı işə salacaq.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, istifadəçilər video mesajları bir söhbətdən digərinə yönləndirə biləcəklər.

Portal müəllifləri vurğulayırlar ki, hazırda bir həmsöhbət üçün lentə alınan videolar digərinə göndərilə bilməz.

Humay İSGƏNDƏRLİ