“Samsung” şirkəti “Apple”ı belə məsxərəyə qoydu

 21:20 03.05.2024     675

“Samsung” şirkəti yeni reklamında “iPhone”un problemlərinə diqqət çəkib.

Redaktor.az xəbər verir ki, bu barədə "TechRadar" məlumat yayıb.

Müvafiq yazı “Samsung”un Britaniya filialının "Instagram"ında yerləşdirilib.

"Əmin olun, həyəcan siqnallarımız çalacaq. “Samsung" istifadəçiləri bu gün vaxtında oyanıblar”, - paylaşımda qeyd olunub.

Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdəki yazı açıq şəkildə "Apple"ı lağa qoyur, baxmayaraq ki, mesajın müəllifləri rəqib şirkətdən bəhs etmirlər.

Yusif EYVAZLI