ABŞ bu şirkəti yeni sanksiyalarla cəzalandırdı

 17:55 08.05.2024     646

ABŞ Ticarət Departamenti "Intel" və "Qualcomm" şirkətlərinə "Huawei"yə yarımkeçiricilər ixrac etməyə icazə verən lisenziyaları ləğv etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşr xəbər verir ki, lisenziyaların geri götürülməsi "Huawei" tərəfindən noutbuk, smartfon və digər elektronika istehsalında istifadə olunan çiplərin tədarükünə təsir edəcək.

Humay İSGƏNDƏRLİ