"Google" yeni smartfon təqdim etdi - QİYMƏT

 21:59 08.05.2024     272

"Google" yeni "Pixel 8a" smartfonunu təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Model qabaqcadan quraşdırılmış "Gemini Nano" neyron şəbəkəsinə malik olması ilə digərlərindən fərqlənir. O, fotoşəkillərdə obyektləri axtara və kameraya çəkilmiş şəkilləri və videoları redaktə edə bilər. Cihazda quraşdırılmış neyron şəbəkəsi güc düyməsini basıb saxlamaqla aktivləşdirilir.

"Google Pixel 8a" həmçinin 2400x1080 piksel təsvir ölçülü 6,1 düymlük "OLED" displeyə malikdir. Smartfon patentləşdirilmiş "Tensor G3" prosessoru və 8 giqabayt operativ yaddaş əldə edib. Modelin 128 və ya 256 giqabayt daxili yaddaşı var.

Smartfonun qiyməti ən azı 499 dollar təşkil edir. Model mayın 14-də satışa çıxarılacaq.

Yusif EYVAZLI