"Android 15"in beta versiyası bu smartfonlarda əlçatan olacaq

 20:43 16.05.2024     577

"Google", "Android 15" əməliyyat sisteminin ikinci beta versiyasını yayımladığını açıqlayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, ilk növbədə, "Google" "Pixel" smartfonlarının istifadəçilərinə girişi açıb. Beta versiyasını daha sonra "Nothing", "Oppo", "OnePlus", "Xiaomi" və "Vivo"nun smartfon sahibləri də endirə və quraşdıra biləcəklər .

“Android 15" ilk baxışdan tamamilə yeni görünməyə bilər, lakin çoxlu dəyişikliklər olduğu bildirilir.

Yusif EYVAZLI