"iPhone"un daha nazik versiyası buraxılacaq - Bu TARİXDƏ

 23:51 17.05.2024     716

"Apple" şirkəti "iPhone"un daha nazik korpuslu yeni versiyasını hazırlayır.

Redaktor.az xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

“Nazik "iPhone" 2025-ci ilin sentyabrında gözlənilən "iPhone 17" ilə eyni vaxtda buraxıla bilər”, - məqalədə yazılıb.

Smartfonun qiyməti "iPhone Pro Max" xəttindən yüksək ola bilər, bu xəttdən olan modellər üçün ən bahalı qiymətlər 1,2 min dollara çatır.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən