Daha bir xəstəyə beyin implantı yerləşdiriləcək

 18:11 20.05.2024     642

Neyrotexnologiya şirkəti "Neuralink" ABŞ səlahiyyətlilərindən "Telepathy" beyin implantını ikinci xəstəyə yerləşdirmək üçün icazə alıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall" qəzeti yazıb

Nəşrin məlumatına görə, iş adamı İlon Maskın şirkəti sınaqların ilk iştirakçısı ilə bağlı yaranan problemləri aradan qaldıracağına söz verib.

Şirkət adı hələ açıqlanmayan yeni xəstənin “beyninin dərinliyinə” cihazın ultra nazik naqillərini daxil etmək niyyətindədir.

Qeyd edək ki, yanvarın 28-də Maskın şirkəti ilk dəfə olaraq insan beyninə implant yerləşdirib.

Sultan AYXAN