"GTA VI"nın naşiri oyunun buraxılma tarixindən DANIŞDI
"Grand Theft Auto" seriyasındakı oyunları nəşr edən "Take-Two Interactive" şirkətinin rəhbəri Strauss Zelnik müsahibəsində "GTA VI"nın təxirə salınmasını izah edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Zelnikin sözlərinə görə, şirkət məşhur oyun seriyasının yeni hissəsinin buraxılışını nə vaxt planlaşdırmaq barədə uzun müddət fikirləşib.
Zelnik qeyd edib ki, mütəxəssislər səhvləri düzəltmək üzərində işləyirlər, ona görə də oyun çoxlarının gözlədiyi kimi tezliklə buraxılmayacaq.
"Başlamadan əvvəl hər birimiz oyunun mümkün qədər az səhvə yol verdiyinə əmin olacağıq. "GTA VI"da məqsədrheç bir oyunçunun indiyə qədər əldə etmədiyi yeni təcrübə yaratmaqdır".
Yusif EYVAZLI