“Instagram” istifadəçilərinə reklamları sürüşdürmək qadağan olunacaq

 17:12 04.06.2024     619

"Instagram" istifadəçiləri dayandırmağa və reklamlara diqqət yetirməyə məcbur edə biləcək yeni reklam formatını sınaqdan keçirməyə başlayıb. 

Redaktor.az “The Verge”yə istinadla xəbər verir ki, bəzi sosial şəbəkə və forum istifadəçiləri artıq bu formata rast gəliblər.

İstifadəçi instaqram lentini vərəqlədikdə, videonu sürüşdürməyə mane olan bir reklamla qarşılaşa bilər. Beləliklə, digər videolara keçməzdən və lentə baxmağa davam etməzdən əvvəl istifadəçi reklam nəşrini sona qədər izləməli olacaq.

İnstaqram sözçüsü Metyu Tai platformanın həqiqətən də funksiyanı sınaqdan keçirdiyini təsdiqləyib. O, həmçinin qeyd edib ki, instaqram daim reklamçılar üçün faydalı ola biləcək yeni formatlar axtarır.

“Reklam fasilələri”nin hansı bölgələrdə və nə vaxt işə salınacağı hələ dəqiqləşdirilməyib.

"Instagram"dan əlavə, "YouTube" daxil olmaqla, digər platformalarda da keçilməz reklamlar göstərilir. Keçən il şirkət hətta smart TV proqramına qaçılmaz 30 saniyəlik reklamlar əlavə edib.

Turan İSMAYIL