"Telegram"da yenilik - "Stars" adlı daxili valyuta istifadəyə verildi

 20:56 06.06.2024     536

"Telegram" messencerin mini-proqramlarında rəqəmsal mal və xidmətlər üçün ödəniş edə biləcəyiniz "Stars" adlı daxili valyuta istifadəyə verilib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib.

"Telegram" bunun sayəsində indi ən asan ödəniş üsulundan - "Android" və "iOS"da tətbiqdaxili alışlardan istifadə etməklə rəqəmsal xidmətlər üçün ödənişləri qəbul edə bilər", - Durov qeyd edib.

Valyuta alarkən, "Apple" və "Google" 30% komissiya tutacaq, lakin "Telegram" "Stars" istifadə edərək satın alınan reklamları subsidiya edəcək, bu da komissiyanı demək olar ki, sıfıra endirəcək.

Mini proqram tərtibatçıları "Fragment" platforması vasitəsilə valyutanı "Toncoin" kriptovalyutasına çıxara biləcəklər.

Yusif EYVAZLI