NASA ”Starliner” kosmik raketini geri qaytara bilmir

”Starliner” kosmik gəmisinin orbitdən qayıtması qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, “CST-100 Starliner” adlı pilotlu kosmik gəmisində iki astronavtın Yer orbitindən geri qaytarılması qeyri-müəyyən müddətdək təxirə salınıb.
Qeyd olunur ki, hazırda adıçəkilən gəminin geri qaytarılması istiqamətində işlər görülməkdədir.
Yusif SƏMƏDZADƏ