“Apple” işçilərini robotlarla əvəz EDƏCƏK

 19:50 25.06.2024     568

“Apple” “iPhone”un yığılması ilə məşğul olan xeyli sayda işçini robotlarla əvəz edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb.

Hesabatda bildirilir ki, Amerika şirkətinin uzunmüddətli planlarına bütün aşağı ixtisaslı işçilərin robotlarla əvəzlənməsi daxildir. Hələ 2022-ci ilin payızında "Apple"ın əməliyyatlar üzrə baş vitse-prezidenti Sabih Xan menecerlərinə qadcetlərin yığılması ilə məşğul olan işçilərin yarısını ixtisar etməyi planlaşdırmağı tapşırmışdı.

Mütəxəssislərin fikrincə, "Apple"ı bu addımı atmağa koronavirus pandemiyası vadar edib, buna görə Çində "iPhone" istehsalı uzun müddət dayanıb. Şirkət həmçinin 2022-ci ilin noyabrında Çində "Apple" üçün qadcetlərin əsas istehsalçısı olan "Foxconn"un fabriklərində iğtişaşlara məruz qalıb. Robotlarla bağlı belə problemlərin olmayacağına inanılır.

Robotları başqa bir bölgəyə daşımaq və tez bir zamanda istehsal xətti qurmaq yeni yerdə işçiləri işə götürməkdən daha asandır. 

Yusif EYVAZLI