Mobil telefon qızdıqda nə etmək lazımdır?

 15:40 02.07.2024     698

Yüksək temperatur smartfonun dəhşətli dərəcədə istiləşməsinə səbəb ola bilər. Bu, telefonun işləməsi üçün vacib olan daxili hissələrin zədələnməsinə (batareya və mərkəzi prosessor), hətta ekranın qırılmasına olmasına səbəb ola bilər. 

Redaktor.az xəbər verir ki, belə hadisələrin qarşısını almaq üçün mütəxəssislər aşağıdakı tədbirləri görməyi tövsiyə edirlər:

Telefonunuzu günəşdə qoymayın. Bu, batareyanı zədələyə və ekranın parlaqlığını itirməsinə səbəb ola bilər. 

- İstilikdən qorunmaq üçün örtük istifadə edin.

- Lazımsız tətbiqləri bağlayın. Naviqasiya və Bluetooth ilə oyunları idarə etmək hətta sərin havada belə telefonunuzun həddindən artıq istiləşməsinə səbəb ola bilər. İsti havalarda sistemi çox yükləməmək üçün xüsusilə diqqətli olmalısınız.

- Yalnız yüksək keyfiyyətli aksesuarlardan istifadə edin. Lisenziyasız kabellər və adapterlər həddindən artıq istiləşməyə səbəb ola və batareyanı zədələyə bilər. 

- Telefonu birdən soyutmayın. Temperaturun qəfil dəyişməsi cihazın korpusunun zədələnməsinə və hətta içərisində nəmin əmələ gəlməsinə səbəb ola bilər. Yəni smartfonu  soyuducuya yerləşdirmək cihazı tamamilə sıradan çıxara bilər. Telefon həddindən artıq qızarsa onu söndürmək və kölgəyə qoymaq lazımdır.

Aysu İBRAHİMOVA