Türkiyənin yeni peyki bu vaxt orbitə BURAXILACAQ

Türkiyənin ən böyük Ar-Ge layihəsi olan Türksat 6A bu gecə orbitə buraxılacaq.
Redaktor.az xəbər verir ki, peyk ABŞ-nin Florida ştatındakı Cape Canaveral Kosmodromundan Falcon 9 daşıyıcı raketi ilə göndəriləcək.
Türksat 6A buraxıldıqdan sonra ilk siqnalın 70-ci dəqiqədə alınması gözlənilir. Peyk 42 dərəcə şərq orbitində, 35 min 786 kilometr məsafədə yerləşəcək. 7,5 kilovat gücündə və 4,2 ton ağırlığındadır.
“Türksat 6A” türk peyklərinin əhatə dairəsini 3,5 milyarddan 5 milyarda qədər genişləndirməyə imkan verəcək.
Buraxılışdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın videomüraciət yayacağı gözlənilir.
Türkan İSGƏNDƏRLİ