Bu şəxslərə Android cihazlarından istifadə QADAĞAN EDİLDİ

 16:29 08.07.2024     605

"Microsoft" Çindəki işçilərinə iş üçün Android cihazlarından istifadə etməyi qadağan edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, şirkətin çinli işçiləri iş məqsədləri üçün istənilən Android cihazlarından istifadəni dayandırmalı, əvəzində "Microsoft Authenticator" parol menecerləri və "Identity Pass" proqramından istifadə etməlidirlər. Əgər işçilərin "Apple" cihazları yoxdursa, "Microsoft" biznes istifadəsi üçün onları "iPhone 15" smartfonları ilə təmin edəcək.

Xatırladaq ki, ötən ilin payızında Çin hakimiyyəti "Apple" cihazlarından iş üçün istifadəsinə qadağa qoymaqdan imtina edib. "Microsoft" isə rəqiblərinin cihazlarının istifadəsini qadağan edən ilk böyük şirkət olub. Bunun səbəbi "Google Play"in mülkiyyət infrastrukturunun Çində rəsmi olaraq fəaliyyət göstərməməsi və Android cihazlarının məlumat təhlükəsizliyi riski yarada biləcək alternativ proqram mağazalarından istifadə etməsi ola bilər.

"Microsoft"un Android cihazlarına qadağası rəsmi olaraq təsdiqlənməyib, lakin artıq qüvvəyə mindiyi bildirilir. Yaxın vaxtlarda şirkətin çinli əməkdaşları korporativ informasiya sistemlərinə daxil olmaq üçün "Apple" cihazları vasitəsilə öz şəxsiyyətlərini yoxlamalı olacaqlar.

Sevinc İBRAHİMZADƏ