Bu şirkətin işçiləri maaşlara etiraz ETDİLƏR
Cənubi Koreyada yerləşən "Samsung" şirkətinin həmkarlar ittifaqı işçiləri müavinətlər və maaşların artırılması tələbi ilə 3 gün tətil keçiriblər.
Redaktor.az xəbər verir ki, "Samsung"un 13 iyunda başlayan və təxminən 2 həftə davam edən danışıqlarda işçilərin tələblərini qəbul etməməsinin ardından Milli Samsung Elektronika Birliyi (NSEU) tətil qərarı verib.
Əmək haqqı, əlavə bonuslar və məzuniyyət sistemi kimi məsələlərin təkmilləşdirilməsini tələb edən "Samsung işçiləri" 3 günlük tətilə başlamaq üçün şirkətin Hvason rayonundakı obyektinin girişində etiraz aksiyası keçiriblər.
Aksiyanın ilk günündə nümayişə 6540 nəfərin qatıldığına diqqət çəkən həmkarlar ittifaqı bunun istehsalda axsamalara səbəb olacağını bildirib.
Bu həftə etirazlar nəticəsində heç bir irəliləyiş olmasa, iyulun 15-dən etibarən 5 günlük etiraz aksiyası keçiriləcək.
Sevinc İBRAHİMZADƏ