Ermənistan peykləri Yerə qayıdacaq
Müxtəlif dövlətlərin rəsmiləri Ermənistanın baş naziri Nikol Paşinyandan ölkənin “Armsat-1” və “Hayasat-1” peyklərini Yerə qaytarmağı xahiş ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Joqovurd” nəşri mənbələrə istinadən məlumat yayıb.
Lakin hansı ölkələrdən söhbət getdiyi göstərilməyib.
Mütəxəssislərin fikrincə, peyklər peşəkar şəkildə orbitə çıxarılmayıb, hesablamalar düzgün aparılmayıb və hazırda başqa ölkələrdən gələn peyklərin fəaliyyətinə maneçilik törədilir.
Qəzetin materialında o da bildirilir ki, Avet Poqosyanın Ermənistanın kosmik sektora nəzarət edən yüksək texnoloji sənaye nazirinin müavini vəzifəsindən istefası peyklərin uğursuz buraxılması ilə bağlıdır.
Poqosyan özü bunu təkzib edib.
Qeyd edək ki, “Hayatat-1” Ermənistanda istehsal olunan ilk peykdir və 2023-cü ilin dekabrında Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılıb. "
Armsat-1" isə İspaniyanın Satlantis şirkəti tərəfindən istehsal edilib və Ermənistanın ilk strateji peyki olub. O, 2022-ci ilin mayında ABŞ-ın Kanaveral burnundan buraxılıb.
Sevinc İBRAHİMZADƏ