Yeni sürətli sedan təqdim ediləcək
Yaponiyanın Subaru şirkəti özünün ən sürətli sedanı WRX-i təqdim edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "motor1.com" məlumat yayıb.
Məlumata görə, Avtomobil 2024-cü il iyulun 11-dən 14-dək ABŞ-da keçiriləcək Qudvud Sürət Festivalında təqdim ediləcək.
"Project Midnight" adlanan yeni versiya 670 at gücü hasil edən 2,0 litrlik düz dörd silindrli mühərriklə təchiz edilib. Sedanın çəkisi cəmi 1120 kq-dır ki, bu da istehsal olunan "Subaru WRX"dən təxminən 454 kq yüngüldür.
Avtomobilin kuzovu karbon lifindən hazırlanıb. Arxa qanad ABŞ-da Subaru ralli avtomobillərində istifadə edilən qanadlara bənzəyir. Avtomobilə həmçinin xüsusi asma və sürüşmə təkərləri də verilib.
Sevinc İBRAHİMZADƏ