"Apple" payızda yeni buraxılışa hazırlanır - "iPhone 16"...

 21:24 10.07.2024     557

"Apple" payız üçün bir neçə qadcet buraxmağı planlaşdırıb.

Redaktor.az lenta.ru-ya istinadən xəbər verir ki, ilk növbədə, bunlara yeni smartfonlar daxildir: xəttə "iPhone 16", "16 Plus", "16 Pro" və "16 Pro Max" daxil olacaq. "Apple Watch 10" və A"pple Watch Ultra 3"ün yubiley versiyası da elan edilməlidir.

Bundan əlavə, şirkət "AirPods 4" adlı yeni simsiz qulaqlıq modelini buraxmağı planlaşdırıb. Onlar buraxıldıqdan sonra "AirPods" 2 və 3 satışdan çıxarılacaq. "Apple" yəqin ki, tam ölçülü "AirPods Max" qulaqlıqlarının ikinci nəslini də buraxacaq.

Sentyabrda keçiriləcək təqdimatda və ya ayrıca tədbirdə şirkət "iPad mini 7"ni elan etməlidir - brendin ən kiçik planşetləri 2021-ci ildən yenilənməyib. Bundan əlavə, İT nəhəngi 11-ci nəsil "iPad" və "M4" prosessoru əsasında güclü "MacBook Pro" kompüterini nümayiş etdirəcək.

Böyük ehtimalla, qış başlamazdan əvvəl "Apple M4" çipində işləyəcək "Mac" mini və "iMac" masaüstü kompüterlərini təqdim edə bilər. Şirkət həmçinin "Apple TV" pristavkasının və "HomePod" smart dinamikinin yeni versiyalarını da nümayiş etdirməlidir.

Yusif EYVAZLI