Bu sosial şəbəkəyə "bəyənməmə" özəlliyi gəlir

 11:27 11.07.2024     526

"X" sosial media platformasında bəyənmələrin yanında bəyənməmək düyməsini aktivləşdirmək üçün sınaqlara başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily News" məlumat yayıb.

İddialara görə, "bəyənməmə" düyməsi də "ürək formalı" reaksiya düyməsi kimi olacaq, lakin aşağını göstərən ox işarəsi olacaq.

Bəziləri tətbiqin "çox pis" olacağını iddia edir, digərlərinin isə "bəyənməmə" düyməsinin əlavə edilməsinin platformada  məlumatın süzülməsinə necə təsir edəcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

Sevinc İBRAHİMZADƏ