"Maybach" avtomobilinə rəqib gəlir

 18:10 12.07.2024     640

"JAC" və "Huawei" şirkətləri "Maybach" və "Rolls-Royce" avtomobilləri ilə rəqabət aparmaq üçün elektrikli miniven buraxacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "carnewschina.com" xəbər verir.

Bildirilir ki, rəqib avtomobil Çində buraxılacaq. İki markanın ilk modeli hələ də X6 adlanır. Bu günə kimi avtomobilin aktiv sınaqları başa çatıb, onun bazarda satışına başlamaq üçün lazımi sənədlər hazırlanır.

X6-nın satışı 2025-ci ilin birinci yarısında başlayacaq. Avtomobilin qiyməti 1 milyon yuan (234,304 manat) olacaq.

Avtomobil 186 at gücü hasil edən iki litrlik mühərriklə təchiz edilib. Yeni məhsul dörd təkərli ötürücü sistemlə təklif olunur. 

Sevinc İBRAHİMZADƏ