Bu avtomobil şirkəti istehsalını AZALDACAQ

 09:55 13.07.2024     584

"Honda Motor" Cənub-Şərqi Asiya ölkəsi Taylandda istehsalını 50 faizdən çox azaldacağını açıqladı. Yapon istehsalçılarının bazar paylarına Çin avtomobil şirkətlərinin Cənub-Şərqi Asiyada yaratdığı rəqabət mənfi təsir göstərir.

Redaktor.az xəbər verir ki, bu barədə "Honda Motor"un bəyanatında deyilib. 

Taylandda iki obyekti olan şirkət 2025-ci ilin sonuna kimi "Ayutthaya" fabrikində avtomobillərin yığılmasını başa çatdıracaq.

Yeni qərara uyğun olaraq, Yaponiya şirkətinin Taylanddakı istehsal gücü ildə 270 min avtomobildən 120 min avtomobilə qədər azalacaq. Sözügedən zavod bir müddət ehtiyat hissələri istehsal edəcək. Şirkət "Prachinburi" obyektində avtomobillərin yığılmasını davam etdirəcək.

Qeyd edək ki, "Honda" 1992-ci ildə Taylandda avtomobil istehsalına başlayıb.

Sevinc İBRAHİMZADƏ